Gəncədə evlərinə ziyan dəyən insanlar yeni mənzillərlə təmin ediləcək - RƏSMİ


"Gəncəyə ermənilərin raket atması nəticəsində evləri dağılan insanlar hamısı kirayə evlərə yerləşdirilib. Onlara yeni mənzillər tikilib veriləcək”.



AFN-in APA-ya istinadən məlumatına görə, bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin insanlar yaxşı şəraitli mənzillərlə təmin olunacaqlar:

"Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman insanların yanındadır. Daim burada zərərçəkənlər barəsində maraqlanırlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu