Türkiyə klubu növbəti dəfə Ginnesin Rekordlar Kitabına düşdü


Türkiyənin qadınlardan ibarət "Vakıfbank" voleybol komandası növbəti dəfə Ginnesin Rekordlar Kitabına düşüb.



"Report" xəbər verir ki, İstanbul təmsilçisi 13 dəfə təşkil edilən klublararası dünya çempionatında 2013, 2017 və 2018-ci illərdə məğlub olmadan qızıl medal qazanıb. Bundan başqa, komanda bir dəfə 2-ci, iki dəfə isə 3-cü olub.

Türkiyə klubu dünya çempionatında ən çox medal əldə edən komanda olub.

Qeyd edək ki, "Vakıfbank" 2014-cü ildə ardıcıl 74 oyunda qələbə qazanaraq Ginnesin Rekordlar Kitabına düşmüşdü.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu