Seyran Ohanyanın oğlu da Qarabağda yaralandı


Dağlıq Qarabağda döyüşlərin gedişində Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyanın oğlu Artur da yaralanıb.



Qaynarinfo Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə onun vəkili Karen Mejlumyan bildirib.

"O, yaralanıb, indi xəstəxanaların birindədir. Digər detalları deyə bilmərəm”, - Mejlumyan məlumatlandırıb.

Qeyd edək ki, dünən Arturun atası Seyran Ohanyanın ağır yaralanması barədə xəbər verilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu