Ceyhun Bayramov: "Mövlud Çavuşoğlu qısa müddətdə Azərbaycana 5 dəfə gəlib"
14:26 / 11.11.2020
“Bütün son 44 gün ərzində Türkiyənin Azərbaycan xalqının mücadiləsinə verilən dəstəyini gördük, hiss elədik. Mənim əziz dostum, qardaşım Mövlud bəy (Türkiyənin XİN başçısı Mövlud Şavuşoğlu - red.) bu qısa müddətdə 5 dəfə Azərbaycanda oldu. Bir daha təşəkkürümü bildirmək istəyirəm”.
AFN xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib.