Ermənistan parlamentinin keçmiş vitse-spikeri həbs edildi
Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov həbs edilib.
Bu barədə TASS-a sabiq sədr müavininin köməkçisi Qegam Petrosyan bildirib. Şarmazanov Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, parlamentin qanunsuz iclasını təşkil etməkdə ittiham olunur.
Keçmiş vitse-spiker ilkin olaraq 72 saat müddətində həbsdə qalacaq.