Kreml: Rusiya Prezidenti Türkiyə Prezidentinin mövqeyini yüksək qiymətləndirir


Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın konstruktiv mövqeyini yüksək qiymətləndirir. Yaranan nüanslar və fikir ayrılıqları türkiyəli tərəfdaşlarla dialoqun gedişində nizamlanır.



AFN AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya və Türkiyə əvvəl gündən fərqli nöqteyi-nəzərlərə malik idilər, lakin müxtəlif regional məsələlərin həllində Rusiya və Türkiyənin qarşılıqlı fəaliyyəti özünün səmərəliliyini göstərdi.

“Biz bu qarşılıqlı fəaliyyəti qiymətləndiririk, biz qarşılıqlı etimadın və əməkdaşlığın səviyyəsini qiymətləndiririk”, - deyə Rusiya liderinin mətbuat katibi bildirib.

Kremlin təmsilçisi deyib: “Bilirsiniz ki, bizim Prezident də türkiyəli həmkarı Prezident Ərdoğanın konstruktiv mövqeyini yüksək qiymətləndirir. Onlar olduqca sıx və substantiv dialoqu davam etdirirlər. Lakin, əlbəttə ki, yanaşmalarda müəyyən nüanslar da olur. Biz fikir ayrılıqlarını da nəzərdə saxlayırıq və onları türkiyəli tərəfdaşlarımızla dialoq zamanı nizamlayırıq”. O əlavə edib ki, Kreml birgə bəyanatın imzalanmasının mümkün olmasından məmnundur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu