Ermənistan parlamentinin binasına daxil olan şəxslərdən birinin meyiti tapılıb


Ermənistan parlamentinin binasına daxil olaraq spikerin iclas zalındakı kreslosunda əyləşib siqaret çəkən Qarnik Petrosyanın meyiti tapılıb.



“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.

Polis Q.Petrosyanın ötən gün saat 22:25-də paytaxt Yerevandakı körpülərdən birindən özünü ataraq intihar etdiyini iddia edir.

Onun həqiqətən də intihar etməsinə dair məlumatın müstəqil mənbələr tərəfindən təsdiqlənməməsi erməni cəmiyyətində suallar doğurub. Q.Petrosyan baş nazir Nikol Paşinyan əleyhinə təşkil olunan aksiyaların ən aktiv iştirakçılarında biri olub. Onun parlament sədrinin kreslosunda oturub siqaret çəkdiyi zaman çəkilən fotosu sosial şəbəkələrdə geniş yayılıb.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında Dağlıq Qarabağda atəşin dayandırılması barədə bəyanat imzalanıb. Sənəd Ermənistanın müharibədə məğlubiyyətini rəsmiləşdirib.

Bundan sonra paytaxt Yerevanda kütləvi aksiyalar başlayıb. Mitinq iştirakçıları ölkənin bir sıra qurumlarının binalarına, həmçinin parlament binasına daxil olublar. Nəticədə orada olan parlament sədri Ararat Mirzoyan nümayişçilər tərəfindən döyülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu