BBC: Ermənilər Laçını kütləvi şəkildə tərk edir - FOTO



Laçın - Ermənistanla Dağlıq Qarabağ arasındakı əsas yolun keçdiyi Azərbaycan şəhəridir. İkinci Qarabağ müharibəsinin sona çatmasına dair razılaşma şərtlərinə görə, Laçın rayonu dekabrın 1-dən Azərbaycanın nəzarətinə keçəcək, yalnız 5 km enində koridor Rusiya sülhməramlıları nəzarəti altında qalır.


Artıq erməni sakinlər şəhəri tərk edirlər.

Bu barədə BBC-nin Laçından hazırladığı reportajda bildirilir.

"Müharibə zamanı on minlərlə insan şəhəri tərk edib”, - deyə məqalədə əlavə edilib.

Məqalədə hətta şəhər "meri” Narek Aleksanyanın atasının qaçdığı da bildirilir. Kadrlarda onun əşyalarının maşına yığılması əks olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu