Maskalardan istifadə ilə bağlı nəzarət gücləndirildi


Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın Respublika müşavirəsində maskalardan istifadə ilə bağlı məsələlər də müzakirə edilib.



Qərara alınıb ki, yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə bütün ölkə ərazisində, maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün tələblərinə nəzarət gücləndirilsin, maarifçilik işi genişləndirilsin.

Qeyd edək ki, bu gün Ə.Əsədovun sədrliyi ilə Operativ Qərargahın Respublika müşavirəsi keçirilib. Müşavirədə Operativ Qərargahın üzvləri ilə yanaşı, 68 rayon və şəhərin icra hakimiyyəti başçıları, DİN və DTX-nin yerli şöbələrinin rəisləri, rayon və şəhər prokurorları, səhiyyə şöbələrinin və sanitar-epidemioloji stansiyalarının rəhbərləri iştirak ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu