Saatlıda koronavirus xəstəsinə cinayət işi başlanıldı


Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.



DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AFN-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən bir nəfər rayon sakini olan K.Sadıqovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

Həmin şəxsin qanunazidd hərəkətlərinin qarşısı alınıb və müalicəsinin davam etdirmək üçün yenidən yaşadığı ünvana gətirilib.

Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu