Saatlıda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edildi
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan AFN-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus testi müsbət çıxan və ev şəraitində müalicə təyin edilən rayon sakini E.Əliyevin karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.
Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. Onunla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkidyi deyilib.
Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.