Fransa Türkiyəyə qarşı sanksiya tətbiqinə çalışır


“Röyters” xəbər agentliyi Fransa, Yunanıstan və Cənubi Kiprin Türkiyə iqtisadiyyatını hədəf alan sərt sanksiyaların tətbiqi barədə məqalə dərc edib.



“Qafqazinfo”nun məlumatına görə, xəbərdə qeyd olunub ki, Fransa Şərqi Aralıq dənizi böhranı ilə bağlı Avropa İttifaqına (Aİ) təzyiq göstərir. Bildirilib ki, sanksiyaların irəli sürülməsinə baxmayaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan geri addım atmır.

Vurğulanıb ki, Avropa Parlamenti (AP) və Aİ Türkiyəyə qarşı sanksiya tətbiq edilməsini tələb edən bir qərar imzalayıb. Avropa Parlamenti 631 lehinə, 3 əleyhinə və 59 bitərəf səslə Kipri dəstəkləyən qanunu qəbul edib.

Məqalədə Cənubi Kiprin Aİ liderlərinə daha əvvəl Türkiyəyə qarşı sanksiyalar tətbiq olunması barədə addımlar atılması təklifi irəli sürdüyü bildirilib.

Qeyd olunub ki, Avropa Parlamenti Ərdoğanın bu ay Şimali Kipr ziyarətindən sonra belə bir qərara gəlib.

Həmçinin xəbərdə yazılıb ki, AP Türkiyənin Aralıq dənizində təbii qaz axtarışında olduğu qənaətinə gəlib və rəsmi Ankara iddiaları rədd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu