“Azpromedia”dan həmrəyliyi tərənnüm edən MÜSABİQƏ-VİDEO
“Azpromedia” PR şirkəti “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə respublika miqyaslı müsabiqə elan edir.
Şirkətdən müsabiqə ilə bağlı verilən məlumatda deyilir:
“Zati-Aliləri, Ali Baş Komandan Cənab İlham Əliyevin dediyi kimi, Vətən Müharibəsində birlik nümayiş etdirən Azərbaycan xalqı bir dəmir yumruq altında birləşərək qürurla, qətiyyətlə həmrəy olduğunu göstərdi. “Azpromedia” Şirkəti də bu həmrəyliyi tərənnüm edəcək bir müsabiqəyə start verir.
Azərbaycanın bütün bölgələrindən bacarıqlı, istedadlı videoqraf, qrafiq dizayner, fotoqraf, rejissor, animator, operatorlar müsabiqəyə dəvət olunur”.
Müsabiqənin şərtləri
Dekabr ayının 1-dən 15-nə kimi, 50 saniyədən çox olmamaq şərtilə, “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzusunda video, animasiya çarxlar, foto və video posterlər hazırlanmalı, şirkətin email ünvanına (info@azpromedia.az) göndərilməlidir.
15 dekabr saat 18:00-dan etibarən materialların qəbulu dayandırılacaq.
Mövzudan kənar materiallar qəbul edilməyəcək.
Toplanan materiallar dekabr ayının 16-dan dekabrın 30-u saat 18:00-a kimi “Azpromedia” Şirkətinin Facebook (azpromedia.az) və İnstagram (@azpro_media) səhifələrində yayımlanacaq.
Dekabrın 30-u saat 18:00-dan sonra materialların qəbulu dayandırılacaq və videolara baxış sayı, bəyənmələr hesablanacaq. Ən çox bəyənmə və baxış sayı toplayan videolar 1-ci, 2-ci, 3-cü yer üzrə qalib elan olunacaq.
“Azpromedia” şirkəti tərəfindən qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq.
1-ci yerin qalibinə 32 GB yaddaşlı “Samsung Galaxy A7” planşeti
2-ci yerin qalibinə 32 GB yaddaşlı “Samsung Galaxy A 21 S” mobil telefonu
3-cü yerin qalibinə 32 GB yaddaşlı “Xiaomi Redmi 9” mobil telefonu hədiyyə olunacaq.
Bundan əlavə qaliblər “Azpromedia” şirkəti ilə əməkdaşlığa cəlb olunacaq.
Onu da qeyd edək ki, iştirakçıların “Azpromedia” şirkətinin “Facebook” və “Instagram” səhifələrini izləməsi şərtdir.