Gürcüstanda koronavirusa yoluxanların sayı 4 033 nəfər artıb
Gürcüstanda son sutkada daha 4 033 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 4 061 nəfər sağalaraq evə buraxılıb, 39 pasiyent isə vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkə üzrə COVID-19-a 143 376 yoluxma halı təsdiqlənib. Yoluxanların 121 621-i sağalıb, 1 342-si isə ölüb.