Səhiyyə Nazirliyi və TƏBİB susur: Baş həkim isə... - SABİRABADDA NƏ BAŞ VERİR?


Son günlər koronavirusa yoluxmada kəskin artım müşahidə olunur. Xüsusilə bəzi rayonlarda vəziyyət daha acınacaqlıdır. Şikayətlərin çox olduğu rayonlardan biri də Sabirabaddır.



Sözügedən rayondan Redaktor.az-a gələn şikayətlərdə xəstələrə laqeyd münasibətin göstərildiyi bildirilib.

Şikayətçilərin sözlərinə görə, evdə müalicə alan xəstələrlə də maraqlanan yoxdur.

Məsələ ilə bağlı Sabirbabad Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Ənvər Lümənovla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Şikayətçilərin bildirdiyinə görə, Baş həkim ümumiyyətlə xəstələrin şikayətlərə məhəl qoymur.

Şikayətçilərin problemlərini çatdırmaq üçün Səhiyyə Nazirliyi və TƏBİB-lə də əlaqə saxlamağa çalışdıq, lakin bir cavab ala bilmədik.

Ölkədəki bu ağır vəziyyətə görə nə nazirlik, nə də TƏBİB mətbuatın sorğusuna cavab verir.

Belə bir durumda TƏBİB-in İctimaiyyətlə Əlaqələr bölməsini kimin təmsil etdiyi də dəqiq məlum deyil.

Vətəndaşlar və mətbuat bu problemlərlə bağlı suallarına cavab ala bilmir.

Ümid edirik ki, ən qısa zamanda aidiyyəti qurumlar öz məsuliyyətini dərk edib, vətəndaşların şikayətlərinin həllinə dair addımlar atacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu