İraqın şimalında PKK terrorçuları zərərsizləşdirildi


Türkiyə Ordusu İraqın şimalında PKK terror qruplaşmasının bir neçə silahlısını zərərsizləşdirib.



Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Milli Müdafiə Nazirliyinin məlumatına görə, PKK terrorçularının mövqeləri kəşfiyyat və müşahidə ilə müəyyənləşdirilib. Qara bölgəsində keçirilən hava əməliyyatı nəticəsində qruplaşmanın 4 terrorçusu məhv edilib.

Nazirlik PKK-ya qarşı antiterror əməliyyatının effektiv və qətiyyətlə davam etdirildiyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu