“Real” qalib gəlib, “Barselona” uduzub


İspaniya La Liqasında XII tur davam edir.



Apasport.az saytının məlumatına görə, çempionatın əsas favoritləri ikinci oyun günündə meydana çıxıb.

Yarışın lideri “Atletiko” “Valyadolid” üzərində qələbə qazanıb. “Sevilya”nın qonağı olan “Real” vacib 3 xal əldə edib.

“Barselona” isə “Kadiz”lə görüşdən məğlub ayrılıb. “Levante” öz meydanında “Xetafe”ni darmadağın edib.

Qeyd edək ki, turun digər oyunları dekabrın 6-7-də keçiriləcək.

İspaniya La Liqası
XII tur
5 dekabr
“Levante” – “Xetafe” – 3:0
Rocer, 5, Qomes, 17, Frutos, 57
“Sevilya” – “Real” – 0:1
Buno, 56 (avtoqol)
“Atletiko” – “Valyadolid” – 2:0
Lemar, 56, Lorente, 72
“Kadis” – “Barselona” – 2:1
Ximenes, 8, Neqredo, 63 – Alkala, 58 (avtoqol)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu