Tahir Mirkişili:


“Qarabağda düşmənin beli qırılıb, başı əzilib. Ermənistanın şəxsi heyətinin 40 %-i məhv edilib. Təxmini hesablamalara görə, yaxın 15-20 il ərzində işğalçı ölkə yenidən ordu qurmaq qabiliyyətinə malik olmayacaq”.



AFN xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, Ermənistan borc içindədir.

“Azərbaycanın qalibiyyətinin əldə olunmasında iqtisadi gücümüzün böyük rolu olub. Qələbə bizim qarşımızda yeni çağırışlar qoyub. Bizim qarşımızda yeni qanunların qəbulu və müvafiq qanunlara dəyişiklik etməkdir. Biz də bu istiqamətdə əlimizdən gələni edəcəyik”, - millət vəkili qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu