Şəhid ailələri və qazilərin ehtiyacını ödəmək üçün əlimizdən gələni edəcəyik - "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü (VİDEO)


Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun Himayəçilik Şurasında təmsil olunan diaspor nümayəndələri-Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru, Avropanın tanınmış nevroloqu Məsud Aşina və hazırda Türkiyədə yaşayan Azərbaycan Respublikasının Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Fondda təmsil olunmaları və fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini bölüşüb.



Trend-in məlumatına görə, onlar belə bir Fondun yaradılmasından və onun fəaliyyətində yaxından iştirak edəcəklərindən qürur duyduqlarını ifadə ediblər. C.Novruzov bildirib ki, fondun üzvləri şəhid ailələri və qazilərin ehtiyacını ödəmək üçün əllərindən gələni edəcəklər.

Məsud Aşina və Cahangir Novruzovun videomüsahibələrini təqdim edirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu