Əslində atəşkəsdən sonra işğalçı ordu minaların xəritəsini təhvil verməliydi...- ekspert


"Əslində atəşkəs elan olunandan sonra işğalçı ordu əlində olan minaların basdırılmasına aid xəritələri sülhməramlılara və Azərbaycan tərəfinə təqdim etməli idi".



Bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bu xəritələr, görünür, indiyə kimi Azərbaycan tərəfinə təqdim edilməyib: "Edilibsə də, görünür, bu xəritələrdə bəlii bir yanlışlıqlar var. Yəni, dəqiqliklə deyil, yaxud da bütün minalar orada əks olunmayıb. Belə bir problem ola bilər".

Ədalət Verdiyev qeyd edib ki, xəritələrin alınması ilə bağlı rəsmi açıqlamalar yoxdur: "Müdafi Nazirliyi hər hansı ittihamlar irəli sürməyib ki, erməni tərəfi xəritələri vermir. Lakin ehtimal eləmək olar ki, əgər erməni tərəfi razılaşmaya əsasən qoşunlarını geri çəkmirsə, bu xəritələrin verilməsini bu və ya digər şəkildə ləngidə bilər".

Rusiya ordusunun zabitinin Dağlıq Qarabağda - Şuşada ərazinin minalardan təmizlənməsi zamanı həlak olmasına gəlincə, Ədalət Verdiyev bununla bağlı detalların hələ məlum olmadığını vurğulayıb: "Hələ dəqiq detallar məlum deyil ki, həmin zabit minanı təmizləyərkən təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün partlayş baş verib, yoxsa həmin ərazinin minalı olmamasına dair onların əlində fakt olub? İstəlinən halda bu, erməni tərəfinin yerləşdirdiyi minadır. Çünki Azərbaycan tərəfinin nəzarətində olmadığı üçün orada bizim minların olması mümkün deyil. İşğaldan azad edildikdə bizimkilər nəinki mina basdırır, əksinə düşmən tərəfin basdırdığı minaları təmizləyir. O cümlədən də Rusiya sülhməramlıları. Bunun detallarını gözləmək lazımdır. İstəlinən halda erməni tərəfinin burada təxribat xarakterli fəaliyyətləri istisna deyil".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu