Bir-iki aya Füzuli, Cəbrayıl üzrə mina xəritələri alına bilər


"Növbəti vəzifələrimiz Füzuli, Cəbrayıl rayonlarının minalanmış sahələrin xəritələrinin əldə olunmasından ibarət olacaq”.


Bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bu istiqamətdə qarşılıqlı fəaliyyətlər və danışıqlarda fasilə verilməyib:

"Lakin Ermənistanda keçirilən seçkilər bu prosesin bir müddət ertələnməsinə də səbəb ola bilər. Amma nəticə etibarı ilə proseslərin yaxın bir və iki ay ərzində daha sürətlə inkişaf edəcəyinə, o cümlədən xəritələrin əldə edilməi ilə bərabər sərhədlərin delimitasiyasının da sürətlənəcəyi ehtimal olunur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu