Azərbaycan daha 3 rayonun mina xəritəsini əldə etməyə çalışacaq
![](/uploads/posts/2021-07/1625476786_1625473140_1609490960_untitled-1.jpg)
"Düşünürəm ki, növbəti mərhələdə Azərbaycan tərəfi 3 rayonun - Cəbrayıl, Tərtər və Kəlbəcərin mina xəritəsini əldə etməyə çalışacaq”.
Bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun fikrincə, son 21 gündə 3 rayonun ərazisində yerləşən minaların xəritəsini Azərbaycana verilməsi növbəti mərhələdə də proseslərin davam edəcəyinə dair ümidləri artırır:
"Azərbaycan üçün daha aktual olan xəritələr Cəbrayıl, Tərtər və Kəlbəcər rayonlarının ərazisində yerləşən minalanmış sahələrə aid olan xəritələrdir”.