COVID-19 ilə mübarizə və əhaliyə dəstək üçün 13 trilyondan çox dollar xərclənib

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti yazıb.
Məlumata görə, bu məbləğə ABŞ Konqresində yenicə razılaşdırılmış, təxminən 900 milyard ABŞ dolları dəyərində olan pandemiya şəraitində iqtisadiyyatı stimullaşdırmaq üzrə tədbirlər paketi də daxildir.
“Nikkei” qeyd edir ki, iqtisadiyyatı stimullaşdırmaq üçün getdikcə daha çox proqramın qəbul edilməsi dünyanın aparıcı ölkələrində dövlət borcunun şişməsinə səbəb olur. Ekspertlərin hesablamalarına görə, 2021-ci ildə bu, ümumi ÜDM-in 125%-ni təşkil edəcək.