Zelenski Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib
![](https://static.report.az/photo/48da17d9-a226-3e05-9e41-dde712180595_850.jpg)
Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib.
“Report” xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm. Ukrayna Azərbaycan ilə strateji tərəfdaşlıq səviyyəsinin yüksəldilməsində maraqlıdır”.