Hadrutda düşmən hücum edib: şəhidimiz var

Bu gün Hadrut istiqamətində erməni diversantların hücumu nəticəsində iki nəfər hərbçimizin şəhid olduğu bildirilir.
AFN xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, şəhidlərdən biri Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüd, çavuş Qəmbərov Elmir Rayil oğludur. O, 2 gün öncə “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdi. Digər şəhidimizin adı hələlik bəlli deyil. Məlumatlarda həmçinin Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qruplarının əraziyə yollandığı və təmizlik üçün hərbi əməliyyatın başlandığı deyilir.