Tbilisinin azərbaycanlılar yaşayan qəsəbəsində narkotik alverçiləri saxlanılıb


Gürcüstanın paytaxtı Tbilisinin əsasən azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və satışında ittiham olunan 9 nəfər saxlanılıb.


“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər sistematik olaraq narkotik vasitələrin satışı ilə məşğul olublar. Onların yaşadıqları evlərdə aparılan axtarış zamanı heroin və metadon tərkibli narkotik vasitələr, pul və mobil telefonlar maddi sübut kimi müsadirə edilib.

Faktla bağlı cinayət işi açılıb. Narkotik alverçilərini 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu