Qiymət artımı aqrar sektor üçün 1 ildə əlavə 70 mln. manata yaxın izafi xərc yaradacaq - EKSPERT


Azərbaycanda dizel yanacağının 70%-ə yaxını nəqliyyat, 30%-ə qədəri aqrar sektorda istifadə edilir.



AFN xəbər verir ki, bunu yanacağın qiymətinin artırılmasına münasibət bildirərkən iqtisadçı ekspert Rövşən Ağayev deyib. O bildirib ki, son enerji balansına görə, aqrar sektor 305 min ton dizel yanacağı istehalk edib. Ekspertin sözlərinə görə, hazırkı qiymət artımı aqrar sektor üçün 1 il ərzində əlavə 70 mln. manata yaxın izafi xərc yaradacaq: "Eyni zamanda, benzin və dizelin bahalanması nəqliyyat sektoru üçün əlavə 300 mln. manata yaxın xərc yaradacaq.
Unutmayaq, sonda bu xərclərin hamısı istehlakçının cibindən çıxır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu