Trampın tərəfdarları Konqresin binasına girdilər - VİDEO+FOTO(YENİLƏNİB)


ABŞ Prezidenti Donald Trampın on minlərlə tərəfdarı Vaşinqtonda seçkilərin Co Baydenin qələbəsi ilə başa çatmış nəticələrinə etiraz olaraq aksiyaya başlayıblar.



“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, minlərlə insan Ağ Evdən cənuba doğru hərəkət etməyə başlayıb. Trampın çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Donald Tramp prezident seçkilərinin nəticələrini tanımadığını və nəticələrə yenidən baxılmasını tələb edir.

***

ABŞ-da Kapitoliya binasının qarşısında etirazçılarla polis arasında toqquşma baş verib. Belə ki, polis onlara qarşı gözyaşardıcı qazdan istifadə etməli olub. Yaralananlar var.

Konqresmen Ceyms Lenkford Tvitter hesabında etirazçıların Kapitoliya binasına daxil olaraq Senat zalını mühasirəyə aldığını bildirib.

[media=https://www.youtube.com/watch?v=Y6t9nA3DoLE&feature=emb_logo]



[media=https://www.youtube.com/watch?v=WdwzhNkdB-Q&feature=emb_logo]

[media=https://www.youtube.com/watch?v=46uEOMX4ifw&feature=emb_logo]










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu