Mirşahin Şurnuxa getdi, erməni ailəsi ilə danışdı - Video

AFN xəbər verir ki, kənddə ən yaxın zamanlarda 1988-ci ilə qədər yalnız azərbaycanlılar yaşayıb. Həmin ilin noyabrın sonlarında Gorus rayon partiya hökumət rəhbərliyinin təşkilatçılığı ilə rayonun bütün azərbaycanlı kəndləri, o cümlədən Şurnux kəndinin camaatı zorla deportasiya olunaraq Azərbaycana qovulub.
Kənd camaatının böyük əksəriyyəti ev əşyalarını çıxarda bilməyib. Evlərin çoxu dəyilməmiş qalıb.
Real TV-nin baş direktoru Mirşahin Ağayev Şurnuxa gedib, mövzu ilə bağlı reportaj hazırlayıb. Sözügedən reportajı təqdim edirik: