İranın neft kəmərində partlayış - Ölənlər və yaralananlar var


İranın İlam vilayətinin Dehloran şəhərində “Çeşmə-ye xoş” neft kəmərində partlayış olub.


Bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilir ki, partlayış nəticəsində 3 nəfər dünyasını dəyişib, 4 nəfər yaralanıb.

Partlayışın Şuş şəhərindən 20 kilometr məsafədə yerləşən neft kəmərində baş verdiyi qeyd olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu