KİV: Paşinyan Yerevanda küçələri bağlatdırır


Ermənistanın baş naziri Nikol Paşinyanın avtomobil karvanı paytaxt Yerevanda hərəkətdə olan zaman şəhərin bir sıra küçələrinin bağlanılmasına başlanılıb.



Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Bildirlir ki, baş naziri müşayiət edən avtomobil karvanı şəhərdə hərəkətdə olanda Yerevanın küçələrində digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilmir. Yerli KİV bunun sakinlərin narahatlığı ilə qarşılandığını vurğulayıb.

Yayılan videogörüntülərdə bu qərarın Yerevanda avtomobil sıxlığına səbəb olduğu əks olunur. Baş nazirin gəlişi zamanı küçələrdə nəinki avtomobillərin, piyadaların da hərəkəti məhdudlaşdırılır.

Qeyd edək ki, bu qayda son günlər ortaya çıxıb.

Xatırladaq ki, artıq bir neçə gündür Ermənistanda hakimiyyət əleyhinə kütləvi etiraz aksiyaları təşkil olunur. Aksiyaçılarla Paşinyanın tərəfdarları, habelə polis arasında dəfələrlə toqquşmalar baş verib. Nəticədə bir neçə nəfər xəsarət alıb, onlarla insan saxlanılıb.

Daha əvvəl yayılan məlumata görə, Paşinyan cangüdənlərinin sayını artıraraq mühafizəsini gücləndirib. Bildirilir ki, Ermənistanın baş naziri və xanımı Müqəddəs Eçmiədzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu