Zaur Mikayılov hansı səbəbdən az maaşı olan dövlət qurumuna keçməyə razılıq verib? - Ekspert


İqtisadçı ekspert Natiq Cəfərli bu gün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilən Zaur Mikayılov barədə özünün sosial şəbəkədəki hesabında status paylaşıb.



Onun fikirlərinin ictimaiyyət üçün maraqlı olduğunu nəzərə alaraq təqdim edirik:

"Prezident bu gün Zaur Mikayılovu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edib.

Zaur müəllimin CV-nə baxdım, yaxşı təhsili, biznesdə maraqlı iş təcrübəsi var. Özəl sektorda çalışdığı vəzifələrdə çox yüksək maaş aldığı məlumdur, hətta maaşdan əlavə böyük bonuslar, tibbi sığorta və başqa üstünlüklərə də malik olub. İndi isə Zaur Mikayılov dövlət strukturuna rəhbər təyin edilib, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin vəzifə maaşı 1500 manat civarındadır.

Sual yaranır: Zaur müəllim hansı səbəbdən özəl sektorda qazındığından dəfələrlə az maaşı olan dövlət qurumuna keçməyə razılıq verib?! Motivi nədir, nə ola bilər?!"

AFN



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu