BNA 10 manatlıq şirkətə 2 milyonluq tender verdi


Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün təmizlik xidmətlərinin satın alınması müsabiqəsinə yekun vurub.



1 milyon 925 min 764 manat dəyərində olan tender "Mint Services” MMC-yə verilib.

Qeyd edək ki, 27 fevral 2017-ci ildə yaradlan "Mint Services” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkət indiyə kimi 2 dəfə tender udub ki, hər iki hər iki halda satınalan qurum BNA olub. Belə ki, ötən ilin avqustun 6-da BNA-nın təmizlik xidmətlərinin satınalmasını "Mint Services” MMC qazanıb.

İnternet resurslarında şirkətlə bağlı yalnız elan saytlarında vakansiyalarla bağlı məlumatlar var. (Qaynarinfo)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu