Vahid Avrasiya dağ marşrutları yaradılacaq


“Şahdağ” Turizm Mərkəzi 2023-cü ilin iyun ayında yaradılan Avrasiya Dağ Kurortları Alyansının üzvü olub. Bu barədə Azərbaycan qış turizminin mövsümünün rəsmi açılışında mərkəzin fəaliyyətinə həsr olunmuş təqdimatda məlumat verilib. Bildirilib ki, noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Daşkənd Beynəlxalq Turizm Sərgisi (Tashkent International Tourism Fair 2023) çərçivəsində “Şahdağ” Turizm Mərkəzi ilə Avrasiya Dağ Kurortları Alyansı arasında əməkdaşlığa dair anlaşma memorandomu imzalanıb. Sənədə əsasən Şahdağ yeni yaranmaqda olan Alyansın üzvü seçilib.
Avrasiya Dağ Kurortları Alyansına Rusiyanın “Roza Xutor”, Qazaxıstanın “Şımbulak” və Özbəkistanın “Əmirsoy” dağ kurortları daxildir. Bu ilin oktyabr ayında Rusiya Federasiyasının Soçi şəhərində baş tutan “Turizm ərazilərinin forumu” tədbiri çərçivəsində adıçəkilən dağ kurortları ilə “Şahdağ” Turizm Mərkəzi arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair ilk müzakirələr keçirilib, vahid Avrasiya dağ marşrutlarının yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu