Mustafa Şentopdan ermənilərin Gəncə təxribatına reaksiya


Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistan ordusunun Gəncəyə və Mingəçevirə hücumlarını qınayıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu hərbi cinayətlərə göz yumanların cəzalanacağını qeyd edib:

"Ermənistan quldur dövləti Gəncə və Mingəçevir şəhərinə etdiyi raket hücumlarında yenidən günahsız mülki şəxsləri hədəf alıb. Hələ də bu hərbi cinayətlərə göz yumanlar beynəlxalq hüquq qarşısında cavab verəcəklər".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu