Almaniya Kiyevi avtomatik raketlə təmin etməkdən imtina etdi


Yalnız ABŞ belə bir qərar qəbul etdiyi üçün Almaniya Ukraynaya raket tədarük etməyəcək.


"Reuters" xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

"Bu münaqişədə heç bir avtomatiklik yoxdur" - deyən Almaniya Müdafiə Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Berlin hələlik Kiyevə "Taurus" raketlərinin tədarükü ilə bağlı qərar qəbul edə bilməz.

Almaniya kansleri Olaf Şolz dəfələrlə açıq şəkildə bəyan edib ki, silah təchizatı məsələlərində Berlin yalnız Vaşinqtonla razılaşaraq hərəkət edəcək.

Sentyabrın 10-da “Financial Times” öz mənbələrinə istinadən yazıb ki, ABŞ prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinə ATACMS raketlərinin göndərilməsi ilə bağlı tezliklə müsbət qərar qəbul edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu