“Azəristilik”: “Təmir xərclərini bina sakinləri çəkməlidir...”


"Qazanxanalar qrafiklə işə salınır”.



Bunu Qaynarinfo-ya açıqlamasında "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev noyabrın 15-də istilik sistemlərinin verilməməsinə aydınlıq gətirərkən deyib. Qurum rəsmisi bunu bazar günü və eyni zamanda karantin tədbirləri ilə əlaqədar ictimai nəqliyyatın işləməməsi ilə əlaqələndirib:

"Həmin günü əməkdaşların böyük əksəriyyəti işə çıxmayıb. Bu gündən bütün əməkdaşlarımız iş başındadır. Prosesdə ciddi bir problem olacağını düşünmürəm. Sözün düzü, artıq çox yerlərə istilik verilib. Tək-tük mənzil qala, ya qalmaya. Kiminsə mənzilinə istilik verilməyibsə, bu o demək deyil ki, qazanxanalar işə salınmayıb”.

Rafiq Əliyev mənzillərdə sıradan çıxan istilik xətlərinin təmir olunması məsələsinə də aydınlıq gətirib:

"Mənzildaxili xətlər, dik dayaqlar tutulubsa, bu, vətəndaşların hesabına bərpa olunmalıdır. Mənzildaxili istilik xətlərini təmirini heç bir halda idarə öhdəsinə götürmür. Amma magistral məhəllədaxili istilik xətləri "Azəristilik”in balansındadır. Həmin xətlərdə hər hansı qəza olarsa, onun bərpasını "Azəristilik” edir. Binaların istilik sistemləri qanunla bina mülkiyyətçilərinin balansındadır. Düzdür, biz də onlara yardımçı oluruq. Nəyə görə? Çünki axıntıya gedən bizim sudur. Bizdə sistemdə yumşaldılmış sudur, su itkisinin qarşısını almaq üçün axıntını aradan qaldırırıq. Amma mövcud qanunvericiliyə görə, binadaxili istilik sistemləri bina və mənzil mülkiyyətçilərinin balansındadır, xərclər də onlar tərəfindən çəkilməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu