“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi


Hazırki dövrdə onlayn iş və təhsilin sosial əhəmiyyətini və abunəçilərin distant ünsiyyətə artan tələbatını nəzərə alaraq, Bakcell onlayn iş və təhsil üçün nəzərdə tutulmuş xüsusi internet paketini istifadəyə verib.



Yeni “Onlayn iş və təhsil” internet paketi sayəsində istifadəçilər iş görüşlərinə və onlayn dərslərə istənilən yerdən və istənilən mobil cihazdan asanlıqla qoşula biləcəklər. Ayda cəmi 10 manata Bakcell abunəçiləri 40 GB həcmində internet trafiki əldə edəcək.

Yeni internet paketi “Skype”, “Zoom”, “MS Teams” və “Go to Meeting” kimi onlayn platformalarda istifadə oluna bilər. Beləliklə, onlayn təhsil alan və evdən işləyən internet istifadəçiləri “Bakcell”in ən üstün müştəri təcrübəsi ilə yanaşı Azərbaycanın ən üstün mobil şəbəkəsindən yararlanacaqlar.

“Online iş və təhsil” internet paketi barədə daha ətraflı məlumatla https://www.bakcell.com/az/online-edu-work səhifəsində tanış olmaq olar.

Qeyd edək ki, Covid-19 pandemiyası zamanı Bakcell şirkəti müəllimlər üçün xüsusi tarif təqdim etməklə ölkədə onlayn tədris prosesinin keyfiyyətinin artırılmasına öz töhfəsini verib. Belə ki, xüsusi təklif çərçivəsində minlərlə müəllim ayda cəmi 5 AZN ödəməklə pulsuz mobil nömrə, müəllimlər arasında pulsuz zəng imkanı, 1 GB internet və ölkədaxili zənglər üçün 100 dəqiqə əldə edir.

Bakcell şirkəti məhsul və xidmətlərinin keyfiyyətini müntəzəm qaydada artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim etməyə davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu