“Ermənistan xaricdən gətirdiyi terrorçuları geri göndərməlidir” - Hulusi Akar


“Ermənistan hücumlarını dərhal dayandırmalı, xaricdən gətirdikləri muzdluları və terrorçuları geri göndərməlidir”.



“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycan və Ermənistan arasında son günlər davam edən döyüşlərlə bağlı münasibət bildirərkən deyib.

“Biz öz torpaqlarını qoruyan azərbaycanlı qardaşlarımızın yanındayıq. Ermənistan təcavüzkar hücumlarını dayandırmalı, xaricdən gətirdikləri muzdluları və terrorçuları geri qaytarmalı və işğal etdikləri Azərbaycan ərazilərini boşaltmalıdır. Beləliklə, atəşkəs, sülh və sabitliyin önü açılmalıdır”,- deyə Akar qeyd edib.

O, Ermənistanın Azərbaycanın mülki yaşayış məskənlərinə hücumlarından da danışıb.

“Sülh yolu ilə həll çağırışı edənlər, dərhal atəşkəs istəyənlər, indi dialoqu yada salanlar, Dağlıq Qarabağın və Azərbaycanın 20 faizi işğal altında olarkən, minlərlə günahsız insan Xocalıda barbarlıqla, hüquq və qanunları tanımadan, minlərlə günahsız insan qətlə yetirilərkən, insanlar evlərindən sürgün edilərkən, 30 ildir harada idilər?”,- deyə H. Akar sözlərinə əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu