Azərbaycan ordusu Türkiyə modelinə keçir?- "Ən müasir silahların alınması üçün sənədlər imzalanıb"


"Müdafiə sahəsinə gəldikdə, müharibə dövründə bunun keyfiyyəti göründü və bu, dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, bizə üstünlük verib".



Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında "HaberGlobal" TV-nin əməkdaşının sualını cavablandırarkən deyib.

"Müharibədən sonra da danışıqlarımız davam edir. Yeni müqavilələr imzalanıb. Türkiyə tərəfi ilə orada istehsal edilən ən müasir silah növlərinin ölkəyə gətirilməsi üçün razılaşma əldə edilir. Yeni müqavilələr imzalanıb və bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Bildiyiniz kimi Türkiyə-Azərbaycan birgə hərbi təlimlər də müntəzəm olaraq keçirilir. Ötən il pandemiyaya görə bir az az keçirildi. Halbuki 2019-cu ildə 10-dan çox keçirilib. Bu dəfə Qarsda keçirilib. Bu sahədə də işlər aparılacaq.

Azad ediləcək torpaqlarda da türk şirkətlərini görmək istəyirik və əminəm ki, görəcəyik. Görüləcək işlər çoxdur və əminəm ki, bundan sonra da birlikdə addımlayacağıq", - Prezident əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu