Hulusi Akar: "Ermənilərə qarşı soyqırım qətiyyən olmayıb"


“Ermənilərə qarşı soyqırım qətiyyən olmayıb. Bu, tarixdə açıq və dəqiq şəkildə yazılıb. Siyasətçilər tarixçi ola bilməz. Tarixi məlumatlar, sənədlər, şahidlərin ifadələri və aparılan araşdırmaların hamısı çox aydın və dəqiq şəkildə 1915-ci ildə belə bir hadisənin baş vermədiyini təsdiqləyir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir qeyd edib ki, amerikalıların bu məsələ ilə bağlı verdikləri bəyanat özlərinin tarixlərini, imzaladıqları müqavilələri və sənədləri inkar etmək mənasına gəlir.

“Amerikalıların NARA adlı məşhur bir milli arxivləri var. Bu məsələ ilə bağlı orada hesabat saxlanılır. Amerikalılar, ingilislər 1914-15-ci və 1920-ci illərdə bununla bağlı hesabatlar hazırlayıblar. Həmin hesabatlarda açıq və dəqiq şəkildə yazılır ki, türklər və ermənilər 500 ildir birlikdə yaşayırlar. Sənəddə o da vurğulanır ki, əgər biz, (yəni amerikalılar və ingilislər) qarışmasaydıq və bu nizam-intizamı pozmasaydıq daha 500 il də birlikdə yaşayacaqdılar. Həmin hesabat hər kəs üçün açıqdır. Hadisələri təhrif edəcəklərini düşünənlər yanılırlar. Bunu etmək ancaq nadanlıq və cəhalətdir”, - H.Akar bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu