Səfər Mehdiyev: “DGK proqnoz tapşırığa 117 %-dən çox əməl edib"


“İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-aprel ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 117,28 % əməl edib”.


“Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev paylaşımında qeyd edib.

“Nəzərdə tutulan proqnozdan əlavə 193,54 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub”, - deyə S.Mehdiyev əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu