Müəllim şagirdi elə vurdu ki, əlinin izi üzündə qaldı - FOTO
Daha bir məktəbdə müəllim şagirdə qarşı fiziki zorakılığa yol verib.
AFN.az xəbər verir ki, hadisə 43 nömrəli lisey-məktəbdə baş verib. Belə ki, liseydə bu gün monitorinq keçirilib. 7p sinfinin şagirdləri monitorinqdən çıxan zaman oğlanlardan birinin sürətli hərəkət etməsi müəllimənin xoşuna gəlməyib. Həmin sinfin valideynlərinin saytımıza verdiyi məlumata görə, monitorinqi keçirən müəllimə (uşaqlar onun adını bilmədiklərini deyiblər-red.) həmin oğlanın üzünə şillə ilə möhkəm vurub. Şillənin zərbəsi o qədər güclü olub ki, şagirdin sifətində izi qalıb, redaksiyamıza bunu sübut edən foto da təqdim edilib: "Uşaq nadinc deyil, çox tərbiyəli uşaqdır. Həm də hadisə tənəffüs vaxtı baş verib. Dərs, yaxud monitorinqin gedişi zamanı olsaydı, düşünmək olardı ki, bəlkə uşaq tədris prosesini pozub, ona görə müəllimənin qəzəbilə üzləşib. Sabah sinfin valideynlər direktorun yanına gedəcəklər. Bu əməl cəzasız qalmamalıdır. Sabah-birigün daha ağır nəticələr ola bilər".
Mövzunu diqqətdə saxlayacağıq.