Aİ Ukraynaya 6,6 milyard dollarlıq yardım paketini razılaşdırıb


Avropa İttifaqına üzv ölkələr Ukraynaya Avropa Sülh Fondundan €6,6 milyard ayrılmasının şərtləri barədə razılığa gəliblər.

AFN.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas X hesabında yazıb.

Onun sözlərinə görə, vəsaitin €900 milyonu Aİ-nin Ukraynaya hərbi yardım missiyasının maliyyələşdirilməsinə, €1 milyardı yeni birgə avadanlıq satınalmalarına, €4,7 milyardı isə üzv ölkələrin çəkdiyi xərclərin kompensasiyasına yönəldiləcək.

Avropa Sülh Fondundan Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi üçün ayrılan €6,6 milyardlıq vəsait uzun müddət idi bloklanmışdı.

Macarıstanın keçmiş Baş naziri Viktor Orban 2023-cü ildən etibarən bu vəsaitin Ukraynaya silah tədarükünə yönəldilməsinə mane olurdu. Sonradan Macarıstanın Baş naziri postunda onu əvəz edən Peter Magyar €6,6 milyardın istifadəsinə qoyulmuş veto hüququnun aradan qaldırıldığını açıqlayıb.

Bu qərarın Brüsselin Budapeşt üçün blokladığı €16,4 milyardlıq Aİ maliyyəsinin açılması ilə bağlı razılaşmanın bir hissəsi olduğu bildirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu