Orban: Avropa İttifaqının uzunmüddətli büdcə layihəsini bloklayacağıq


Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Macarıstanın Avropa fondlarından ayrılan vəsaitə çıxışı bərpa edilməsə, Budapeşt veto hüququndan istifadə edəcək və Avropa İttifaqının (Aİ) uzunmüddətli büdcə layihəsini bloklayacaq.



Bu barədə "Bloomberg" xəbər verib.

"2025 və 2026-cı illərdə almadığımız vəsaiti 2027 və 2028-ci illərdə almalı olacağıq. Bu baş verməsə, Aİ-nin büdcəsi olmayacaq, çünki mən onu bloklayacağam", - hökumət başçısı bildirib.

"Bloomberg" xatırladıb ki, AB Macarıstana ayrılan vəsaiti çoxsaylı qanunun aliliyi pozuntularına və korrupsiya iddialarına görə dondurub. Hazırda tutulan məbləğin təxminən 20 milyard avro olduğu bildirilir.

Noyabr ayında Macarıstan veto hüququndan istifadə etdiyi üçün Aİ Ukraynaya Avropa Sülh Fondundan vəsait ayıra bilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu