Aİ-nin süni intellekt siyasəti tənqid edildi
Avropa Komissiyası süni intellektin sürətli inkişafına lazımi tempdə reaksiya verə bilmir.
AFN.az xəbər verir ki, bunu Avropa Parlamentində ən böyük fraksiyanı təşkil edən Avropa Xalq Partiyasının üzvü Aksel Foss “Politico”nun Avropa nəşrinə açıqlamasında deyib.
O, süni intellektlə bağlı bir sıra insidentləri, o cümlədən “OpenAI” şirkətinin avtonom agentlərinin nəzarətdən çıxması və “Hugging Face” platformasının sındırılması hallarını şərh edərkən Avropa Komissiyasının iş metodlarının belə sürətlə dəyişən proseslərə uyğunlaşdırılmadığını bildirib.
Fossun sözlərinə görə, 2024-cü ildə qəbul edilmiş Süni İntellekt Qanununun icrası da gözlənilən səviyyədə deyil. Həmin qanun şirkətləri modelləri üzərində nəzarətin itirilməsinin qarşısını almaq üçün tədbirlər görməyə məcbur edir.
Avroparlament deputatı Aİ Komissiyasının sədri Ursula fon der Lyayenin İttifaqın vəziyyəti ilə bağlı illik çıxışında rəqəmsal inkişaf məsələlərinə yanaşmasını da yetərincə iddialı hesab etməyib.
Foss həmçinin süni intellekt şirkətlərinin texnologiyalarının vurduğu zərərə görə məsuliyyətinin tənzimlənməsinin vacibliyini vurğulayıb.
“Bu mandatın əvvəlindən düzgün olmayan məqam İİ ilə bağlı məsuliyyət məsələsinin nəzərdən keçirilməməsi idi”, - deyə o vurğulayıb.
