"Döyülən mənim oğlum deyil!" - Zamirə Dadaşova bəzi KİV-lərə səsləndi


Tanınmış aparıcı Zamirə Dadaşova mediada haqqında gedən xəbərlərlə bağlı açıqlama verib.

AFN.az xəbər verir ki, aparıcı bir sıra saytlarda oğlunun guya məktəbdə döyülməsi ilə bağlı dərc edilən məlumatın gerçək olmadığını bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl oğlunun təhsil aldığı 43 saylı lisey-məktəbdə övladının sinif yoldaşı müəllim tərəfindən möhkəm vurulub: "Bizim bəzi saytlar isə mənim bu haqda yazdığım statusu götürüb öz oğlum döyülüb kimi paylaşıb. Həm saytlarda, həm sosial şəbəkə hesablarında bu haqda paylaşım etsələr də, mənim yazdığımı diqqətlə oxumayıblar. Mən baş verən hadisəyə münasibətimi bildirmişəm. Onlar isə öz başıma gəlmiş kimi paylaşıb, sosial şəbəkələrdə mənim və övladımın tənqid etilməsinə şərait yaradırlar. İndi zəhmət çəkib təkzib versinlər. Savadsız kütlə xəbəri oxumadan, gerçəyi öyrənmədən ağzına gələni yazır haqqımızda. Məsələnin mahiyyətindən xəbərsiz halda səviyyəsiz fikir bildirənlərin övladları da vaxt gələcək şillə-təpik altında qalacaq. Bax, onda mən susacam. Mənim övladlarımın tərbiyəsini bilənlər bilir, üstəlik, onlara heç kimin artıq-əskik hərəkət edə bilməyəcəyi də lazım olan adamlara məlumdur. Mənim istədiyim odur ki, hər bir valideyn övladının arxasında durmağı bacarsın, ona qarşı edilən haqsızlıqlara qarşı çıxsın. Amma əksinə, döyülənə sahib çıxdığım üçün özüm haqsızlıqla üzləşirəm. Görünən odur ki, bu kütləyə bu da azdır".

Qeyd edək ki, Z.Dadaşova sözügedən məlumatı ilk AFN.az-a verib və problem burada ictimailəşdirilib. Həmin yazı ilə BURADA tanış ola bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu