Makron: Süni intellektlə bağlı beynəlxalq təşkilata ehtiyac var
Fransa Prezidenti Emmanuel Makron süni intellektin tənzimlənməsi üçün beynəlxalq təşkilatın yaradılmasının vacib olduğunu bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Makron bunu Papa XIV Lev ilə Yelisey sarayında görüşü zamanı deyib.
Fransa liderinin sözlərinə görə, belə bir qurum texnoloji inkişafı, ədalət və humanizm prinsiplərini bir araya gətirməlidir.
Makron hesab edir ki, ən qabaqcıl süni intellekt modellərinin məhdud sayda şəxsin və şirkətin nəzarətinə keçməsinə imkan vermək olmaz. Onun fikrincə, bu halda həmin qrup bütün bəşəriyyət üçün qərar qəbul etmək imkanına sahib ola bilər.
Qeyd edək ki, Papa XIV Lev sentyabrın 25-dən 28-dək Fransada səfərdədir. Səfər çərçivəsində pontifik Parisdə Notr-Dam kilsəsində ayin keçirəcək, Konkord meydanında messaya qatılacaq və YUNESKO-nun mənzil-qərargahını ziyarət edəcək.

