Makron Vatikana gəldi: Papa ilə görüşəcək


Fransa Prezidenti Emmanuel Makron Vatikana gəlib və burada Papa Fransisklə görüşəcək.



AFN xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilir ki, görüşdə dünyada sülhün təmin edilməsi və kəskin beynəlxalq böhranların, o cümlədən Ukrayna böhranının həlli ilə bağlı məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, bu, Makronun Vatikana üçüncü səfəridir. O, dövlət başçısı kimi Vatikana ilk dəfə 2018-ci ilin iyununda səfər edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu