Ərdoğandan İsrailə mesaj: Biz təhlükə deyilik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsrail üçün təhlükə olmadığını bildirib.
AFN.az xəbər verir ki, Ərdoğan bunu “Newsweek” jurnalına müsahibəsində deyib.
O, Ankara ilə İsrail hökuməti arasında bir sıra məsələlər üzrə ciddi fikir ayrılıqlarının olduğunu, son dövrlərdə isə İsraildə Türkiyənin yeni təhlükə mənbəyi kimi təqdim edilməsinə yönəlmiş yanaşmanın yayıldığını söyləyib.
“Biz hesab edirik ki, bu ritorika İsraildəki daxili siyasi dinamika və seçki mühiti ilə bağlıdır”, - Ərdoğan bildirib.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Türkiyənin Yaxın Şərq siyasətini sərt tənqid edib. O, Ankaranın İsrailə münasibətdə siyasətinə, həmçinin Suriya, Yunanıstan və Kiprlə bağlı mövqeyinə diqqət çəkib.


